Məhbuslar həbsxanadan qaçdı

4 Noyabr 2017 16:12 (UTC+04:00)

Türkiyədə məhbuslar həbsxanadan qaçıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Niğde rayonunda yerləşən həbsxanada qeydə alınıb.

Axşam yoxlaması zamanı 4 məhkumun olmadığını görən həbsxana işçiləri dərhal polisə xəbər veriblər. Polis məhkumları həbsxanaya yaxın ərazilərdə axtarmağa başlayıb.

Hazırda məhbusların saxlanılması üçün rayonun giriş-çıxışında polis postları qurulub, axtarışlar aparılır.