MDB-yə üzv ölkələrin daimi nümayəndələr Şurasının iclası keçirilib

8 Oktyabr 2010 00:47 (UTC+04:00)

Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin daimi nümayəndələr Şurasının iclası keçirilib. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, daimi nümayəndələr dekabrın 9-da Moskvada MDB XİN başçıları Şurasının, dekabrın 10-da isə Dövlət Başçıları Şurasının iclaslarının gündəliyinin layihələrini müzakirə ediblər. Şuraların iclaslarının gündəliyinə beynəlxalq gənclərarası əməkdaşlığın strategiyasının, 2015-ci ilə kimi hərbi əməkdaşlıq Konvensiyasının, MDB dövlət başçılarının Çernobıl qəzasının 25 illiyi ilə bağlı müraciətinin layihələri salınıb.

 

2011-ci ildə Yuri Qaqarinin kosmosa ilk səfərinin 50 illiyi ilə bağlı MDB ölkələrində aprelin 12-də bu hadisəyə həsr olunmuş vahid dərs keçirilməsi təklifinə də baxılacaq. Şuraların iclasında qida təhlükəsizliyi sahəsində ATƏT-lə əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Daimi nümayəndələr Şurasının növbəti iclası noyabrın 9-da keçiriləcək.