Tillerson Myanmaya gedəcək

3 Noyabr 2017 10:10 (UTC+04:00)

ABŞ-ın dövlət katibi Reks Tillerson gələn həftə Myanmaya səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, R.Tillerson səfər zamanı Myanma rəhbərliyi ilə görüşəcək və Rohinca müsəlmanları ilə bağlı yaranan humanitar böhrandan çıxış yolunu və ölkənin demokratiya keçidini müzakirə edəcək.

O, bu məsələlərdə ABŞ-ın dəstəyini ifadə edəcək. Dövlət katibinin ziyarəti ABŞ prezidenti Donald Trampın noyabrın 3-14-də Asiyaya səfəri çərçivəsində gerçəkləşir.