Əməkdar incəsənət xadimi Tahir Əkbər insult keçirib. SİA-ya bu haqda əməkdar artist Aybəniz Haşımova açıqlama verib: "Tahir Əkbər səhər saatlarında insult keçirdi. Hazırda xəstəxanadadır. Vəziyyəti olduqca ağırdır. Reanimasiyaya yerləşdirilib. Tahir müəllimin bədəninin bir tərəfi tamam tutulub. T.Əkbərin ailə üzvləri hazırda xəstəxanadadır. Mən də onların yanına gedirəm".
