Kərim Benzema: "Milliyə qayıtmaq istəyirəm" AÇIQLAMA

2 Noyabr 2017 10:02 (UTC+04:00)

"Real Madrid"in hücumçusu Kərim Benzema Fransa millisinə qayıtmaq istədiyini etiraf edib. SİA-nın məlumatına görə, təcrübəli forvard bunları deyib: "Hər imkandan maksimum qazanmaq lazımdır. Əlbəttə, milliyə qayıtmaq istəyirəm. Hansı futbolçu dünya çempionatı barədə düşünmür? Klubda tam gücümlə oynayıram. Nəticənin nə olacağına baxarıq. Danışmaq, artıq fayda vermir. Bu mövzunu xeyli zamandır müzakirə etmirəm. Yaxşı oyun göstərib mükafat qazanmağa çalışıram. Fransa xaqının mənə münasibətini anlamaq çətindir. Amma bunu dəyişə biləcəyimi düşünmürəm".