Yeni kosmik peyklərin orbitə buraxılması Rusiya ordusunun hərbi imkanlarını artıracaq. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu danışıb.
Nazirin sözlərinə görə, Rusiyada hərbi təyinatlı kosmik aparatların orbital qruplaşmasının qurulması məsələsinə baxılır. Kosmik müşahidə sisteminin yaradılmasının əhəmiyyətindən danışan Şoyqu icraçıların mütəmadi olaraq aparılan işlərin vəziyyəti barədə məlumat verdiyini bildirib.