Yığma komandalar ilk oyununu keçirəcək

1 Noyabr 2017 12:09 (UTC+04:00)

2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının proqramına futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət yığma komandalar arasında turnir daxil edilib. SİA-nın məlumatına görə, müvafiq yaş qrupuna aid Azərbaycan yığmaları bu turnirin təsnifat mərhələsində bu gün ilk oyununa çıxacaq. Oğlanlardan ibarət yığmamızın yer aldığı qrupun oyunları Slovakiyada, qızların qrup oyunları isə Portuqaliyada keçiriləcək.

Oyunların təqvimini diqqətinizə çatdırırıq:

Oğlanlar

1 noyabr

Slovakiya - Azərbaycan

2 noyabr

Azərbaycan – Rusiya

4 noyabr

Hollandiya – Azərbaycan

Qızlar

1 noyabr

İtaliya – Azərbaycan

2 noyabr

Portuqaliya – Azərbaycan

4 noyabr

Azərbaycan – Ukrayna