Siyavuş Novruzov: "Azərbaycanda vəkillik institutu zəifdir"

31 Oktyabr 2017 15:12 (UTC+04:00)

"Nümayəndəlik institutunun ləğvi ilə bağlı məsələ çox aktualdır və uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur. Lakin bu qanun qəbul edilməlidir ki, onun işlək olub-olmadığını görə bilək. Əgər qanun işləməyəcəksə, o zaman qanuna dəyişiklik edə bilərik". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, məsələyə birmənalı şəkildə etiraz etmək düzgün deyil: "Biz bu qanunları Azərbaycan xalqının mənafeyi üçün qəbul edirik. Xaricdə bunun qəbul edilib-edilməməsini bizi maraqlandırmır. Misal üçün Fransa da elə bir qanun qəbul edilə bilər ki, o bizim maraqlarımıza ziddir. Bu o demək deyil ki, biz həmin qanunun qəbul etməliyik".

Azərbaycanda vəkillik institutunun zəif olduğunu deyən deputat qanun qəbul olunduqdan sonra vəkillik fəaliyyəti ilə ciddi məşğul olunnmasının və bu istiqamətdə fəaliyyətin artırılmasının vacibliyini vurğulayıb: "Əgər kifayət qədər savadlı hüquqşünas vəkil işləyərsə, o zaman öz halal zəhməti ilə digər peşə sahiblərindən daha çox əmək haqqı ala bilər".

S.Novruzov vəkillər arasında test imtahanlarının keçirilməsinin intensivləşdirilməlsi məsələsinə də toxunub: "Ali hakimiyyət orqanları var ki, orada seçki bəllidir. Lakin vəkil seçildikdə müddət qoyulmamalıdır. Əgər zərurət vatsa, test imtahanları ayda bir dəfə də keçirilə bilər".

Deputatın sözlərinə görə, vəkillik institunun fəaliyyətinin genişləndirilməsi üçün hüququ firalar açılmalı, onların nizamnamələri sadələşdirilməlidir: "Belə olan tərzdə nümayəndəliyə ehtiyac qalmayacaq. Nümayəndəlik hüquqi prosesudur həyata keçirən şəxs deyil. Nümayəndə sadəcə hər hansı bir şəxsi hüquqi istiqamətə yönəltməklə məşğuldur. Əgər biz vəkillik institutunun təkmilləşdiririksə, o zaman nümayəndəlik ləğv olunacaq. Qanunda da bu nəzərdə tutulub".

S.Novruzov əlavə edib ki, hüquq mühafizə orqanında işləyən insanların müəyyən hissəsi rüşvətə və ya vəzifəsindən sui-istifadəyə görə işdən çıxdıqdan sona vəkil işləyirlər: "Belələrinin yerinə gənclərin işə götürülməsi daha məsləhətlidir. Elələri var ki, onlar şantajla məşğuldurlar. Öz işini əsaslandıra bilməyənlər ATƏT-ə, Avropa Şurasına məktublar yazırlar. Bu cür insanların sayının azaltmaq, yeniləri cəlb edərək vəkillik institutu yara bilərik. Hər şey islahatlarla, təcrübəyə əsasən həyata keçirilməlidir".