Azərbaycanın məşhur aparıcısı, xalq artisti Rafiq Hüseynov Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib. SİA-nın məlumatına görə, mərhumun cənazəsinin Bakıya gətirilməsi ilə bağlı sənədlər hazırlanır.
Qeyd edək ki, Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan Respublikasının xalq artisti Rafiq Hüseynov 1946-cı ildə Şuşa şəhərində anadan olub.
Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur.
Allah rəhmət eləsin.