“Maşın” şounun qalibi Talıb oldu

26 Oktyabr 2017 09:19 (UTC+04:00)

"Xanımlar vs cənablar" devizi altında yayımlanan “Maşın” şou sona çatıb və qalib müəyyən olunub. SİA-nın məlumatına görə, şounun qalibi müğənni Talıb Tale olub.

Belə ki, finala qalan 3 iştirakçıdan ilk olaraq əlini maşından aparıcı Vüsalə Əlizadə götürüb, ötən gecə isə müğənni Xatun da mübarizəni davam etdirə bilməyib.

Odur ki, "Maşın"ın bugünki final gecəsində avtomobilin açarları finalçı Talıb Taleyə təqdim olunub.