Rumıniyada güclü qar yağıb, yollar iflic olub

26 Oktyabr 2017 06:19 (UTC+04:00)

Rumıniyanın mərkəzində yerləşən Buşteni şəhərində güclü qar nəticəsində yollar iflic olub, küçələrdə nəqliyyat dayanıb. Rumıniyanın fövqəladə hallar qüvvələri hazır vəziyyətə gətirilib. Ölkənin 14 rayonunda sarı, 5-də isə narıncı təhlükə kodu elan olunub. Rumıniyanın meteoroloqlar cəmiyyətinin sədri İon Sandu bildirib ki, bu il bütün Avropada təhlükəli meteoroloji hallara tez-tez rast gəlinəcək.(AZƏRTAC)