Braziliya prezidenti xəstəxanaya yerləşdirilib

26 Oktyabr 2017 03:04 (UTC+04:00)

Braziliya prezidenti Mişel Temer xəstəxanaya yerləşdirilib. APA-nın məlumatına görə, bu barədə “Globo” telekanalı xəbər verib. Məlumata əsasən, dövlət başçısı səhhətinin pisləşdiyinə görə paytaxt Braziliya şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.

Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.