Əfsanəvi amerikalı musiqiçi vəfat edib

26 Oktyabr 2017 01:19 (UTC+04:00)

Əfsanəvi amerikalı rok-n-roll ifaçısı Fets Domino 89 yaşında ABŞ-da vəfat edib. APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə musiqiçinin qızı məlumat verib.

F.Domino Yeni Orleandakı evində dünyasını dəyişib. Onun ölümünün səbəbi açıqlanmır. Rok-n-roll janrının banilərindən biri hesab edilən Fets Domino 1987-ci ildə Grammy mükafatına layıq görülüb.