Aykun Kocamanın köməkçisi "Konyaspor"un baş məşqçisi oldu

25 Oktyabr 2017 22:19 (UTC+04:00)

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Türkiyə mətbuatının yazdığına görə, superliqa təmsilçisi Fahrudin Ömeroviçlə razılıq əldə edib. "Fənərbaxça"nın baş məşqçisi Aykun Kocamanın köməkçisi vəzifəsində çalışan mütəxəssis, tezliklə Konyaya gedərək rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, serbiyalı məşqçi bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Mustafa Reşit Akçayı əvəz edəcək.