Belarusun Rusiyaya borcu 6,5 milyard dollardır. Axar.az xəbər verir ki, bu barədə informasiya dünən keçirlən Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclası haqqında yayımlanan rəsmi məlumat yer alıb.
Qeyd edək ki, bundan öncə Rusiya və Belarus arasında borc böhranı yaranmışdı. Moskva Minskdən borcunu qaytarmasını istəsə də, Belarus bununla razılaşmamışdı. Tərəflər arasında sonradan borcla bağlı razılaşma əldə olunmuşdu və Moskva Minskə daha 700 milyon dollar kredit ayırmışdı.