Nazirlər Kabinetinə ayrılacaq vəsait azaldılacaq

25 Oktyabr 2017 17:48 (UTC+04:00)

Gələn il Azərbaycan Nazirlər Kabinetinə ayrılacaq vəsait azaldılacaq. SİA-nın xəbərinə görə, bu, Azərbaycanın 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb.

Belə ki, növbəti il Nazirlər Kabinetinə 8 milyon 380 min 601 manat ayrılacaq. Bu, 2017-ci ildəki vəsaitdən 1 milyon 543 min 51 manat azdır.