Nardaran sakini silahını polisə təhvil verib

25 Oktyabr 2017 17:03 (UTC+04:00)

Nardaran qəsəbə sakini silahını polisə təhvil verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Zahid Həsənov vəfat etmiş atasından qalan “İJ-16” markalı tüfəngi könüllü olaraq 42-ci PB-yə təhvil verib.