Naxçıvan MR-nın büdcəsi məlum oldu

25 Oktyabr 2017 16:29 (UTC+04:00)

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 2018-ci il üzrə büdcəsi müəyyənləşib.

SİA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb. Layihəyə əsasən 2018-ci ildə muxtar respublikanın büdcəsi 281 900 000 manat həcmində olacaq.

Büdcə zərfi Milli Məclisə daxil olub və noyabrın 21-dən müzakirəsinə başlanacaq.