Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş ədəbi-bədii gecə FOTOLAR

25 Oktyabr 2017 10:15 (UTC+04:00)

Prezident İlham Əliyevin bu il yanvarın 12-də imzaladığı “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən ölkəmizdə ədibə həsr olunan silsilə tədbirlər keçirilir. SİA-nın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən ədəbi-bədii musiqili gecə olub.

Tədbir “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.

Konsertdə Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Məmməd Nəcəfov, Babək Şuşalı, Xətayi Hacıyev, Zeynal Əhmədov və Pərviz Qasımov “Aypara” instrumental ansamblının müşayiəti ilə Vaqifin qəzəlləri üstə muğamlar ifa ediblər.