"Taliban" ABŞ-a məxsus tankı məhv edib

25 Oktyabr 2017 05:09 (UTC+04:00)

Əfqanıstanın Verdak vilayətində "Taliban" qüvvələri tərəfindən yol kənarına quraşdırılan partlayıcının işə düşməsi nəticəsində ABŞ-a məxsus tank məhv edilib. Axar.az xəbər verir ki, hücum zamanı tankın içərisində olan 6 amerikalı hərbçi də ölüb. Partlayışın tankı hissələrə ayıracaq qədər güclü olduğu bildirilib.

Qeyd edək ki, son zamanlar Əfqanıstanda "Taliban" qüvvələrinin ABŞ hərbçilərinə qarşı silahlı hücumları artıb.