Yunanıstan: "Türkiyə AB-yə daxil olacaq, biz qazanacağıq"

25 Oktyabr 2017 03:18 (UTC+04:00)

"Bizlər böyük səmimiyyət və inamla Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyünü dəstəkləyən ölkəyik." Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Xarici İşlər naziri Nikos Kocias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı deyib.

“Türkiyənin AB-yə daxil olacağı təqdirdə bundan qazanc əldə edən ölkələrdən biri olacağıq. Buna inanırıq. Bu mənada ikili standartları uyğun görmürük”, - yunan nazir bildirib.