Elmi işçilər attestasiyadan keçəcəklər

24 Oktyabr 2017 12:09 (UTC+04:00)

Azərbaycanda elmi işçilər mütəmadi olaraq attestasiyadan keçəcəklər. SİA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 65-ci (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) maddəsinə əlavələr təklif olunur. Layihəyə əsasən, elmi işçilər 5 (beş) ildə bir dəfədən çox olmayaraq, attestasiyadan keçməlidir.

Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.