"Azərbaycanda məişət zorakılığı cinayət əməli kimi Cinayət Məcəlləsində yer almayıb. Beynəlxalq ekspertlər məişət zorakılığının Cinayət Məcəlləsinə salınmasını təklif edirlər". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda məişət zorakılığına dair normativ hüquqi aktların bazası əcnəbi ekspertlər tərəfindən təhlil edilib: "Ekspertlər məişət zorakılığından əziyyət çəkənlərin pulsuz hüquqi yardımla, vəkillə təmin olunması, təqsirkar şəxsin evdən uzaqlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini tövsiyə edir".