“Toro Rosso”nu Meksikada təmsil edəcək pilotlar müəyyənləşib - RƏSMİ

24 Oktyabr 2017 10:28 (UTC+04:00)

“Toro Rosso” komandasını Formula 1 üzrə Meksika Qran-Prisində təmsil edəcək pilotlar müəyyənləşib. SİA-nın məlumatına görə, bununla bağlı komandadan rəsmi açıqlama verilib.

Bildirilib ki, “Toro Rosso” bu həftə sonu keçiriləcək yarışda Brendon Hartli və Pyer Qasli ilə yarışacaq.

Qeyd edək ki, ABŞ Qran-Prisində bu komandanı təmsil edən Daniil Kvayt 10-cu olaraq xal qazana bilmişdi. Ancaq Brendon Hartli 14-cü nəticə göstərərək ilk yarışında heç bir xal əldə etməmişdi.

“Toro Rosso”dan Daniil Kvaytın komandadakı gələcəyi ilə bağlı heç bir açıqlama verilməyib.