İstintaq təcridxanasında nikah mərasimi keçirilib

24 Oktyabr 2017 10:02 (UTC+04:00)

Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Baxışov Ehtiram Ələddin oğlu ilə vətəndaş Məmmədova Sevalə Əflatun qızının müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb.

SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinin rəis əvəzi Aygün Eminova tərəfindən həmin şəxslərin nikahı rəsmiləşdirilib.

Ailə quranlar yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.