Rəsmi məzənnələr açıqlandı

24 Oktyabr 2017 09:32 (UTC+04:00)

Oktyabrın 24-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi oktyabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub.

SİA-nın məlumatına görə, avro/manat məzənnəsi 1.9997 manata düşüb, rubl/manat məzənəsi isə 0,0296 manata qalxıb.

Oktyabrın 23-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro isə 2.0010 manata, 1 rubl 0,0295 manata bərabər idi.

Bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.