Zinəddin Zidan ilin ən yaxşı məşqçisi seçilib

24 Oktyabr 2017 07:05 (UTC+04:00)

FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırıb. Belə ki, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib. Qeyd edək ki, Zidan ötən mövsüm “Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.