Türklər macar baş məşqçini əzişdiriblər

6 Oktyabr 2010 02:27 (UTC+04:00)
Dünən Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Bozsik" stadionunda keçirilən "Honved"- "Qyori" matçı bitəndən sonra türk azarkeşlər meydan sahibinin baş məşqçisini döyüblər. SİA-nın məlumatına görə, ölkənin Sport 2 televiziyası davanı canlı yayımlayıb. Türk tərəfdarlar baş məşqçiyə türk futbolçu Kendal Korkutu oyuna buraxmadığı üçün qəzəbləniblər və macar baş məşqçini əzişdiriblər. Polislər türkləri həbs edərək şöbəyə aparıblar.