Əsəd açıqladı: "Rakkanın azad edilməsi bir oyundur"

24 Oktyabr 2017 02:02 (UTC+04:00)

"Rakkanın azad edilməsi Suriya hökuməti əleyhdarlarının əhval-ruhiyyəsini qaldırmağa yönəlik bir oyundur." Axar.az xəbər verir ki, bu sözləri Suriya Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Amar əl-Əsəd deyib.

Əsəd son günlər Rakkanın bir sıra qüvvələr tərəfindən idarə edilməsinə yönəlik çoxsaylı xəbər gəldiyini, ancaq bu xəbərlərin Rakkadan deyil, başqa mənbələrdən gəldiyini bildirib.