Kərim "şeytan" adlandırdığı həmkarı ilə barışdı FOTO

23 Oktyabr 2017 11:13 (UTC+04:00)

Şou-biznesdə növbəti barışığa imza atılıb. SİA-nın məlumatına görə, uzun müddətdir küsülü olan müğənnilər Niyam Salami ilə Kərim Abbasov barışıb. Sənətçiləri rəqqasə Fatimə Fətəliyeva bir araya gətirib. Barışıq çəkilişlərin birində baş tutub.

Müğənnilərin birlikdə fotosu "İnstagram"da paylaşılıb.

Qeyd edək ki, K.Abbasov bir müddət öncə N.Salaminin ünvanına “Səndən iyrənirəm. Şeytanla səni səhv salıram. Lənət oxuyuram ki, sənin kimi şeytansifətli insanla çörək kəsmişəm. Sənin kimi şeytanı evimə necə buraxmışam? Yaxşı olar ki, gedib kartofunu qızardasan. Bilirəm ki, bu sözlərimdən sonra qaça-qaça gəlib, mənimlə barışmağa çalışacaq. Mənim sözümü gedib başqasına çatdırıb. Bəs sənin kişiliyin, qürurun harda qaldı? Arxasınca danışdığı müğənnilərlə gedib barışır. İnsanda sifət yaxşı şeydir. Sən Ramalın, Rəhimin (müğənni Rəhim Rəhimli və Ramal İsrafilov – red.) arxasınca Aygün Kazımovanın evində nələr danışmısan. Biz o insanlarla düşmən olduq. Əgər mən o insanlarla barışsam... Bu gün Röya səni bağışlamırsa, haqqına edir. O yaxşı bilir, sən kimsən, nəsən” sözlərini demişdi.

N.Salami K.Abbasovun ittihamlarına belə cavab vermişdi: “Telefon deyilən bir şey var. Kimsə kiminləsə incikdirsə, zəng edib sözünü desin. Qadın gedib haradasa başqasının haqqında danışa bilər. Mən Ramalın, Rəhimin evində çörək kəsmişəm. Kiminlə barışacağımı özüm bilərəm. Mənim haqqımda ancaq Rəhim və Ramal danışa bilər”.