28 ədəd partlamamış hərbi sursat aşkarlanıb

23 Oktyabr 2017 09:28 (UTC+04:00)

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Agentlik tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə gündəlik operativ məlumat yayıb.

ANAMA-dan SİA-ya verilən məlumata görə, oktyabrın 22-də tarixində yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Məşədi Həsən kəndi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 28 ədəd partlamamış hərbi sursat (PHS), 20 ədəd partlamış-yanmış mərmi qalıqları və 548 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 317 100 kv.m (31.71 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 50 gün ərzində 13 153 ədəd partlamamış hərbi sursat (PHS), 5 431 ədəd partlamış-yanmış sursat qalıqları və 46 336 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 49 354 608 kv.m (4 935 ha) ərazi yoxlanılıb.