Saakaşvili Poroşenkonu "satılmış" adlandırdı

23 Oktyabr 2017 00:16 (UTC+04:00)

"Ukrayna Təhlükəsizlik Xidməti və Milli Qvardiyası ləğv edilməlidir." Bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ali Rada yaxınlığında keçirilən mitinqdə çıxışı zamanı deyib.

“O, Milli Qvardiya deyil, satılmışların qvardiyasıdır. Ona görə yaradılıb ki, baş satılmışı (Pyotr Poroşenko nəzərdə tutulur) xalqdan qorusun. Həmçinin Təhlükəsizlik Xidməti buraxılmalı və əvəzinə peşəkar kəşfiyyatçılar yerləşdirilməlidir. “Havayıyeyənlər” kənarlaşdırılmalıdır”, - Saakaşvili bildirib.