Malta hökuməti jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat verəcək

22 Oktyabr 2017 07:02 (UTC+04:00)

Malta hökuməti avtomobilinə qoyulan bombanın partlaması nəticəsində həyatını itirən jurnalist Defne Karuana Qalisiyanın qatilini tapanlara 1 milyon avro mükafat verəcəyini açıqlayıb. Bu barədə məlumatı Türkiyənin”Sputnik” informasiya agentliyi yayıb. Məlumata görə, 53 yaşlı müxalifətçi jurnalistə qarşı törədilən sui-qəsdin üstünün açılması üçün hökumət lazimi tədbirlərin görülməsini əmr edib.

Qeyd edək ki, Defne Karuana Qalisiya ölümündən 15 gün əvvəl polisə öldürüləcəyi ilə bağlı təhdidlər aldığını bildirmişdi.