Moskva: "ABŞ rəsmiləri səhvlərini qəbul etməyəcək"

21 Oktyabr 2017 19:04 (UTC+04:00)

ABŞ rəsmiləri səhvlərini qəbul etməyəcək və qeyri-qanuni davranmağa davam edəcəklər. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa Ağ Evin rəsmi nümayəndəsi Sara Sandersin, “Rusiya-Amerika əlaqələrinin inkişafı Moskvanın xarici siyasətindən asılıdır” sözlərini şərh edərkən söyləyib.

Onun sözlərinə görə, hər şey iki tərəfin əlaqələrin qurulmasında nə dərəcədə maraqlı olmağından asılıdır:

"Bayraqların götürülməsi, hər cür günahlarda sübut olmadan daim ittiham olunmaq və s. bütün bunlar münasibətləri qaydaya salmaq arzusuna bənzəmir".