Almaniyada “Nifrət qaynar xətti” yaradılıb, istəyənlər bura zəng etmeələ qışqıra, söyüş söyə bilərlər. Qaynar xətti yaratmaq ideyası reklam agentliyinin əməkdaşları olan Ralf Şulteyə ve Aleksandr Brandenburqa məxsusdur.“Qaynar xətt” ödənişlidir. Belə ki, bura zəng edib, qışqır-bağır salanlar, söyənlər 1 dəqiqə üçün 1 avro 49 sent ödəməlidirlər. “Qaynar xətt”in operatorları zəngləri saat 16:00-dan 18:00-a qədər qəbul edirlər. Müəlliflər qaynar xəttin əsəbi adamlar üçün faydalı olduğunu düşünürlər, onların fikrincə, qaynar xəttə zəng edən şəxs bu yolla rahatlaşa və başqalarının könlünə toxunmadan insanlarla ünsiyyət qura bilər. Bununla belə “Nifrət qaynar xətti”nin yaradıcıları bildiriblər ki, açıq-aydın psixoloji stres keçirən adamlarla ünsiyyət qurulmayacaq. Əgər belə insanlarla söhbət nəzarətdən çıxarsa, həmin şəxslərə mütəxəssislərə müraciət etmək tövsiyyə ediləcək.