5.3 bal gücündə zəlzələ olub

21 Oktyabr 2017 09:30 (UTC+04:00)

İndoneziyanın Filippin sahillərində 5.3 bal gücündə zəzlələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanın episentri İndoneziyanın Tobelo şəhərindən 266 kilometr şimalda, Filipinin cənub-şərqində yerləşən Davao şəhərinin isə 414 kilometrliyində qeydə alınıb. Zəlzələnin dərinliyi 60 kilometr olub. Sunami təhlükəsi yoxdur. Zərərçəkənlər haqqında heç bir məlumat yoxdur.