Braziliyada qanlı olay: 2 şagird öldürüldü

21 Oktyabr 2017 04:18 (UTC+04:00)

Braziliyanın Qoyaniya şəhərində 13 yaşlı yeniyetmənin məktəbdə odlu silahdan atəş açması nəticəsində 2 şagird ölüb, 7-si yaralanıb. Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Yeniyetmə hüquq-mühafizə orqanlarında çalışan valideyininin silahı ilə cinayəti törədib. Hadisə yerində araşdırmalara başlanılıb.