Dövlətə 1,045 milyard dollar ziyan vurulub

20 Oktyabr 2017 15:33 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları dövlətə 1,045 milyard dollar ziyan vurub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ştatın sığorta üzrə departamentinin nümayəndəsi Deyv Cons bildirib.

Con deyib ki, bu rəqəmin artacağı istisna edilmir. Onun sözlərinə görə, yanğınların vurduğu ziyan barədə hər gün yeni məlumatlar daxil olur.