Türkiyədə 23 nəfər yaralanıb

20 Oktyabr 2017 12:28 (UTC+04:00)

Türkiyənin Afyonkarahisar vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sultandaği rayonunda turistləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 23 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib.