Azərbaycan dekabr ayında Səudiyyə Ərəbistana ixrac missiyası həyata keçirəcək TƏDBİR

20 Oktyabr 2017 12:06 (UTC+04:00)

Ölkədə geniş infrastruktur layihələri həyata keçirilib. İqtisadiyyatımızın inkişafını iqtisadiyyatın şaxələndirilməsində və dayanıqlığında görürük.

SİA xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycan ölkələr içərisində etibarlı tərəfdaşdır: “Bu etibarın nəticəsidir ki, Azərbaycana 5 milyard dolllar sərmayə qoyulub və bu onu göstərirki, investorlar Azərbaycana inanır, güvənirlər. Ölkənin xarici borcu ilə müqayisədə bu borcdan 6 dəfə çox valyuta ehtiyyatlarımız var. Azərbaycan iqtisadiyyatı sabit dayanıqlı və davamlı iqtisadiyyata malikdir. Eyni zamanda Azərbaycanın coğrafi mövqeyi olduqca əlverişlidir. Turizmin inkişafı üçün burada yetərincə şərait var. Turizim sahəsində əməkdaşlıq genişləndirilib və viza sistemi sadələşdirilib. Asan viza almaq mümkündür.

Ş. Mustafayev əlavə edib ki, sənaye parklarında sahibkarlar üçün geniş imkanlar yaradılıb. Azərbaycanda özəlləşdirilmə proqramı artıq geniş vüsət alıb, müvafiq portal yaradılıb. Siz bu portaldan yararlanmaqla əlverişli imkanlardan yararlana bilərsiniz. Azad iqtisadi zona yaradılacaq və burada sahibkarkar üçün geniş imkanlar olacaq. Azərbaycan dekabr ayında Səudiyyə Ərəbistana ixrac missiyası həyata keçirəcək”