Gəncədə zəhərlənmə hadisəsi olub

20 Oktyabr 2017 05:05 (UTC+04:00)

Gəncədə zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1977-ci il təvəllüdlü Təranə Məmmədova sirkə turşusu zəhərlənmə əlaməti ilə dünən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Qadının hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.