Aryen Robben "Bavariya"ya lazım olmadı

20 Oktyabr 2017 01:03 (UTC+04:00)

"Bavariya"nın futbolçusu Aryen Robben komandadan ayrıla bilər. Bu barədə Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Seltik"lə oyundan (3:0) sonra Britaniya mətbuatına açıqlama verən 33 yaşlı futbolçu klubdan ona yeni müqavilə təklif olunmadığını deyib: "Yeni müqavilə üçün klubdan heç kim mənə müraciət etməyib. Ancaq mən buna görə narahat deyiləm".

Qeyd edək ki, hollandiyalı futbolçunun müqaviləsi gələn ilin iyun ayında başa çatacaq.