Barzani Heydər Abadinin dialoq çağırışını qəbul edib

19 Oktyabr 2017 22:15 (UTC+04:00)

Kürdüstan Muxtar vilayətinin Nazirlər Şurası İraq Baş naziri Heydər Abadinin dialoq çağırışını qəbul edib. Axar.az “Rudav”a istinadən xəbər verir ki, şura dialoq təklifini məmnuniyyətlə qarşıladıqları barədə bəyanat yayıb. Bəyanatda bildirilib ki, mövcud siyasi gərginlik hərbi yolla həll edilə bilməz.

Qeyd edək ki, İraqın ordu qüvvələri Kərkükün mərkəzinə nəzarəti həyata keçirir.