"Qarabağ" UEFA reytinqində irəliləyib

19 Oktyabr 2017 14:37 (UTC+04:00)

Çempionlar Liqasının dünənki oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, qrup mərhələsinin 3-cü turunda keçirilən 16 qarşılaşma siyahıda bəzi dəyişikliklərə səbəb olub.

İspaniyanın “Atletiko” klubu ilə Bakıda qolsuz heç-heçə edən "Qarabağ" aktivinə daha 1 xal artırıb. Xalını 19,500-ə çatdıran Ağdam təmsilçisi 4 pillə irəliləyib.

Hazırda Avropada 66-cı olan "Qarabağ" “Feyenoord”la eyni yeri bölüşdürür, "Milan"dan bir pillə geri qalır. Siyahıya İspaniya “Real”ı başçılıq edir.

Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.