Patrisiya Kaas Bakını gəzdi FOTO

19 Oktyabr 2017 14:36 (UTC+04:00)

Bildiyiniz kimi, Fransız müğənnisi Patrisiya Kaas paytaxtımızın qonağıdır. SİA-nın məlumatına görə, ifaçı şəhər gəzintisinə çıxıb. Kaas təşkilatçı Marat Bəxtiyarovla birlikdə İçərişəhəri gəzib. Patrisiyanın fotosu sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, müğənni dünən Heydər Əliyev Sarayında konsert verib.