Yaponiyanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Okinava adası yaxınlığında, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində sunami təhlükəsi yaranmadığı bildirilib.
İnsan təlafatı və dağıntılar qeydə alınmayıb.