Türkiyə buraxılış məntəqəsini yenidən açıb

19 Oktyabr 2017 12:53 (UTC+04:00)

Türkiyə Suriya ilə sərhəddəki buraxılış məntəqəsini yenidən açıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonundakı Cilvəgözü sərhəd buraxılış məntəqəsindən gediş-gəliş oktyabrın 19-da bərpa olunub.

Məlumata görə, keçid məntəqəsində yük daşıyan maşınların uzun növbəsi yaranıb.

Qeyd edək ki, bu sərhəd buraxılış məntəqəsi bu ilin avqustun 3-dən bağlanmışdı.