Mixail Şumaxerin oğlu: “Hədəfim Formula-1-də yarışmaqdır” - AÇIQLAMA

19 Oktyabr 2017 11:44 (UTC+04:00)

Mixail Şumaxerin oğlu Mik Şumaxer karyerası ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, 2016-cı ildəki Formula-4 çempionatlarında 2-ci, “MRF Challenge”də 3-cü olaraq bu il Formula 3-də yarışmağa başlayan M.Şumaxer hədəfinin Formula-1-də çıxış etmək olduğunu bildirib.

Ancaq o, 2018-ci ildə də hələ Formula-3 çempionatında yarışmağa davam edəcəyini qeyd edib. Seriyanın ilk mövsümündə 30 yarışda cəmi 1 dəfə fəxri kürsüyə çıxan, 18 yarışdan isə xalla ayrılıb və 12-ci olan pilot bu il mümkün olduğu qədər daha çox öyrənməyə çalışdığını vurğulayıb: “Fikrimi özümə cəmləmişəm. Digər pilotlara baxmıram. Hər kəs öz sürətinə görə irəliləyir və müqayisə etmək mümkün deyil. Amma hədəfim hər zaman F-1 olacaq. Bu il özümü bir sonrakı addım üçün hazırlamağa çalışıram. Hazır olduğumu hiss edəndə növbəti addımı atacağam. Bunun üçün öncə özümü sübut eləməliyəm. Gələn il də böyük ehtimalla hələ F-3-də yarışacağam”.