"Avropa Birliyi ölkələri Türkiyə məsələsində qərarsızdır"

19 Oktyabr 2017 04:05 (UTC+04:00)

"Avropa Birliyi (AB) ölkələri Türkiyənin üzvlük müzakirələrinin dondurulması ilə bağlı yekdil fikrə sahib deyil." Axar.az xəbər verir ki, bu barədə Almaniya Baş nazirliyinin adıçəkilməyən nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

Buna baxmayaraq, o bildirib ki, ittifaq ölkələrinin əksəriyyəti danışıqlarının davam etdirilməsinin tərəfdarı deyil və Türkiyəni qurumda görmək istəmir.