Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydaları təsdiq edilib

5 Oktyabr 2010 09:44 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarının təsdiq edilməsi haqqında fərman imzalayıb. SİA-nın məlumatına görə, fərmana əsasən fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydaları təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.